İnterpolun axtardığı şəxs casus çıxdı

03.12.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yunanıstan polisi Saqqız adasında casusluq şübhəsi ilə izlədiyi 61 yaşlı türkü  saxlayıb.

"Cebheinfo.az" xəbər verir ki,  polis və ölkənin kəşfiyyat orqanlarının birgə əməliyyatı nəticəsində saxlanılan şəxs əslində Türkiyədə oğurluq ittihamı ilə axtarılırmış. 

Lakin Yunanıstanın mediasının məlumatına görə, saxlanıldıqdan sonra ona qarşı casusluq ittihamı da irəli sürülüb.

61 yaşlı Türkiyə vətəndaşının son illərdə Yunanıstanda oturma icazəsi ilə yaşadığı bildirilir. Yunanıstan Sahil Mühafizəsi Interpol tərəfindən verilmiş qırmızı bülleten məlumatı əsasında onu izləməyə başlayıb.

Rəsmi şəxslərin verdiyi məlumata görə, şübhəlinin Saqqız Limanına birbaşa baxan evdə qaldığı müəyyən edilib. Evdə aparılan axtarış zamanı fotoaparat, telefoto obyektiv, durbin və tripod tapılıb.

Bundan əlavə, beş mobil telefon və rəqəmsal yaddaş cihazları müsadirə olunub və onların məzmunu məhkəmə-tibbi ekspertizaya göndərilib.

İstintaq davam etdiyi müddətdə şübhəli Türkiyənin axtarış qərarı əsasında həbsdə saxlanılacaq.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью