Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
İnterpol tərəfindən axtarılan və 9 il 7 ay həbs cəzasına məhkum edilmiş qaçaq məhkum Mersin şəhərindəki Çukurova Beynəlxalq Hava Limanında tutulub.
KONKRET.az xəbər verir ki,Hava Limanı Şöbə Müdirliyinin qrupları R.H.K.-nın İnterpol tərəfindən axtarışda olduğunu müəyyən edib.
Tutulan R.H.K.-nın 9 ayrı dələduzluq cinayətinə görə 9 il 7 ay həbs və 82.500 Türk Lirəsi cərimə cəzasına məhkum edildiyi açıqlanıb.
R.H.K. həbsxanaya təhvil verilib.