İnterpolun keçirdiyi əməliyyatlarda 3700 nəfər saxlanılıb

27.01.2026

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

İnterpol 10-21 noyabr 2025-ci ildə keçirdiyi əməliyyatlarla bağlı məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, Baş ofisi Fransanın Lyon şəhərində yerləşən təşkilatın hazırladığı “Liberterra III” əməliyyatı 119 ölkədə eyni vaxtda icra olunub. Əməliyyatda hüquq-mühafizə orqanlarının 14 mindən çox əməkdaşı iştirak edib.

Əməliyyatlar zamanı axtarışda olan 3700 nəfər saxlanılıb, 4700 nəfər zərərçəkən mühafizə altına alınıb, 13 min nəfərədək qanunsuz miqrant aşkar edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью