İntibah dövrü əsərləri muzeydən oğurlandı

16.08.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İtaliyanın Siciliya adasındakı Muzeydən Erkən İntibah dövrünün rəssamı Antonello da Messinaya aid 4 dəyərli tablo oğurlanıb.

“Qafqazinfo” xəbər verir ki, müasir siqnalizasiya və gecə mühafizəsinə baxmayaraq, soyğunçular “San-Qreqorio” poliptixinin 3 panelini və Məryəm ananın təsviri olan xüsusi lövhəni aparıblar.

Rəsmilər oğurlanan kiçik tablolardan birinin dəyərinin 15 milyon avro olduğunu və cinayətin peşəkarlar tərəfindən törədildiyini bildiriblər.

Polis əsərlərin qara bazarda satılması versiyasını araşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью