Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Müğənni Əbdül Xalid məktəblərdə baş verən hadisələrdən narazılığını ifadə edib.
Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə yayımladığı videoda şagirdlərin müəllimlərə qarşı davranışını tənqid edib. O, əvvəlki illərlə indiki dövrü müqayisə edərək müəllimlərin nüfuzunun aşağı düşdüyünü bildirib:
“Deyirlər, uşaqların üstünə qışqırma. Müəllimin hüququnu əlindən alıblar. Uşağın üstünə qışqıran kimi telefonla çəkirlər. Bizim vaxtımızda valideyndən çox müəllimdən qorxurduq. Deyirdik ki, müəllimin nəsə xoşuna gəlməz, bizi tənbeh edər. Valideynimiz isə beş qatını edərdi.
Məyus oldum ki, 10-11-ci sinif şagirdləri tərbiyəsizlik edir. Təhsil Nazirliyinə deyirəm, buna əncam qılın. Şagirdlər hara gedir? Biri silah, biri bıçaq çıxarır. İntiharlar, özbaşınalıqlar... Bunların tərbiyəsizliyi hara gedir? Axırımız hara gedir?”.