İntihar edən hərbçimizin FOTOSU

07.11.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən günü intihar edən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Anar Hüseynovla bağlı yeni detallar məlum olub.

Modern.az-ın məlumatına görə, özünü öldürən hərbçimiz Goranboy rayonunun Kələk kəndindəndir.

Onun bir qardaşı, bir bacısı var imiş.

Anar Hüseynov bu gün doğma kəndində dəfn ediləcək.

Hərbçinin ölümü ilə bağlı cinayət işi açılıb.

Müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью