Icma.az, Kulis.az saytına istinadən bildirir. Kulis.az "Tarixin kulisi" layihəsi çərçivəsində Mirzə Fətəli Axundovun oğlu Rəşid bəyin qəribə
Mirzə Fətəli Axundovun oğlu Rəşid bəyin qəribə və faciəli ömür yolu haqqında Rəşid Mirzə Fətəli oğlu 28 yanvar 1854-cü ildə Tiflis şəhərində
1863-72-ci illərdə Tiflis klassik gimnaziyasında təhsil alıb.
1874-də ali təhsil almaq üçün Brüsselə getsə də, 1878-ci ildə atasının vəfatı onu sarsıdır, xəstələnir, maddi durumu pisləşir və geri qayıtmağa məcbur olur.
1882-də təhsilini tamamlamadan Tiflisə qayıdır, az sonra təhsilini bitirmək üçün Peterburqa gedir və yol mühəndisi ixtisasına yiyələnir.1883-1884-cü illərdə Tiflisdə Qafqaz Dairəsi Yollar İdarəsində çalışıb.
Mikayıl Rəfili “Mirzə Fətəli Axundov” adlı əsərində yazır: “Rəşidin həyatı faciəli olmuşdur.
Vətənə dönəndən sonra o, uzun müddət iş tapa bilməmiş, Rusiyanı gəzmişdir.
Fransız sosialistləri ilə əlaqədə şübhəli bilinərək, polis nəzarəti altında yaşamış, doğma xalqından və ictimai mübarizədən ayrı düşmüş, ideya çıxılmazlığından və çar polisinin onu sıxışdırıb saldığı həyat burulğanından nicat tapmayaraq öz həyatını intiharla bitirmişdir”.