İntihar etdiyi deyilirdi, arvadı öldürübmüş

24.08.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Sabunçu rayonu ərazisində baş verən ölüm hadisəsinin qətl olduğu müəyyənləşib.

Modern.az xəbər verir ki, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Nail Syubayev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqla öldürülüb.

Alfina Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью