Icma.az bildirir, Medicina portalına istinadən.
Hindistanda özünə qəsd etməyə çalışan bir qadın timsahın hücumu sayəsində xilas olub.
Medicina.az xəbər verir ki, hadisə Karnataka ştatının Kukke Subramanya bölgəsində, Kumaradhara körpüsünün yaxınlığında baş verib.
Qadın həyatına son qoymaq məqsədilə çaya gedib. Lakin suya girən kimi timsah onu dişləyib və nəticədə qadın yüngül xəsarətlər alıb. Onun qışqırıqlarını eşidən yaxınlıqdakı otelin işçiləri dərhal polisə xəbər veriblər. Yerli sakinlərin köməyi ilə hadisə yerinə gələn polis əməkdaşları qadını sudan çıxarıblar.
Qadın xəstəxanaya aparılaraq tibbi yardım alıb.
Aygün Musayeva