İntihara cəhd edən şəxs tıxaca səbəb olduğu üçün həbs edildi VİDEO (YENİLƏNİB)

07.11.2024

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 7-də paytaxtda hərəkətin intensiv olduğu yolda təkrar xuliqanlıq hərəkətləri etməklə, nəqliyyat vasitələrinə mane yaradan şəxs saxlanılaraq həbs edilib. 

DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, dəfələrlə törətdiyi cinayət əməllərinə görə əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü T.Ələsgərli barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində cinayət işi başlanılıb. 

Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

***

09:37

Bakıda bir nəfər intihara cəhd edir.

"Unikal"ın məlumatına görə, paytaxt sakini "Koroğlu" metrostansiyasının yaxınlığındakı körpüyə çıxıb.

O, özünü körpüdən yerə atacağını bildirir.

Hadisə ilə əlaqədar əraziyə polis əməkdaşları və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.

Seymur Əli



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью