İntim fotoları ilə modellik edən müəllim işdən qovuldu | Icma.az
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Koronavirus dövründə əlavə gəlir əldə etmək istəyən bir müəllimənin fəaliyyəti onun karyerasına son qoydu.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Böyük Britaniyada ibtidai sinif müəllimi Samanta Barqus haqqında anonim məktub daxil olduqdan sonra ona azı beş il müddətinə pedaqoji fəaliyyətlə məşğul olmaq qadağan olunub.
Məktubda onun elit eskort-model kimi çalışdığı və svinger saytında aktiv olduğu bildirilirdi.
Komissiya müəllimənin “ikili həyatını” uyğunsuz və qəbul edilməz hesab edərək bunun şagirdlər üçün pis nümunə olduğunu qeyd edib.
Hadisə necə aşkarlandı? Samanta Barqus 2019-cu ilin sentyabrında Birmingemdəki Hall Green Infant School məktəbində işə başlamışdı.
Lakin 2022-ci ildə haqqında göndərilən anonim məlumat araşdırmaya səbəb olub.
Əvvəlcə müəllimə iddiaları inkar etsə də, onun intim fotoları yayıldıqdan sonra eskort fəaliyyəti ilə məşğul olduğunu etiraf edib.
Tam oxu
Xəbəri oxu