İntim videoya görə Real”ın müdafiəçisi 4 il həbs oluna bilər

04.06.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniya Prokurorluğu azyaşlı ilə intim videosunu yaydığına görə Madrid "Real”ının və millinin müdafiəçisi Raul Asensio üçün 4 il həbs cəzası tələb edir.

İdman.biz İspaniya mətbuatına istinadən xəbər verir ki, Asensio videonu saxlamaqda və yaymaqda ittiham olunur.

Zərərçəkmişin vəkilləri oyunçu üçün 20 ay ərzində gündəlik 10 avro cərimə, həmçinin onun "Real" futbolçusu statusunu əsas gətirərək 58 min avro təzminat tələb edirlər.

Qeyd edək ki, daha əvvəl xəbər verilmişdi ki, Asensio dəlil olmadığı üçün video materialların çəkilişi və yayılması ittihamlarından azad edilib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью