İntiqam Valehoğlu APA TVyə aparıcı kimi dəvət alıb

09.12.2024

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Tanınmış jurnalist,  İmedia TV internet televiziyasının rəhbəri İntiqam Valehoğlu APA TV-yə aparıcı kimi dəvət alıb. 

Mia.az-ın məlumatına görə, Sitat.info-ya açıqlama verən İ.Valehoğlu bildirib ki, APA TV-də səhər proqramı aparacaq

Proqram həftəiçi 5 gün, səhər saat 10.00-da efirə çıxacaq və efir vaxtı 2 saat nəzərdə tutulub. 

Verilişin canlı yayınlanması nəzərdə tutulur. 

Qeyd edək ki, İntiqam Valehoğlu bir sıra tanınmış media orqanlarında müxbir, redaktor, baş redaktor işləyib.

Hazırda rəhbəri olduğu İmedia TV internet televiziyasında gündəlik xəbər proqramları ilə efirə çıxır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью