İntizam Komitəsi I Liqa klublarını cərimələdi

20.10.2026

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda I Liqanın V turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

15.10.2026-cı il tarixində I Liqada V turun “Xankəndi”– “Şahdağ Qusar” oyununda “Xankəndi” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

15.10.2026-cı il tarixində I Liqada V turun “Mingəçevir”– “Şimal” oyununda “Şimal” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şimal” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

16.10.2026-cı il tarixində I Liqada V turun “Karvan-Yevlax”– “Gəncəbasar” oyununda “Gəncəbasar” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Gəncəbasar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью