İntizam Komitəsi I Liqa klublarını cəzalandırdı

17.02.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, yığıncaqda I Liqanın XIV turunda baş verənlər müzakirə olunub.

Qurum "İmişli" – "Qəbələ" matçında yaşananlarla bağlı qərar verib. Görüşün 58-ci dəqiqəsində "İmişli"nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə kluba xəbərdarlıq edilib.

Matçın 49-cu dəqiqəsində "Qəbələ"nin məşqçisi Amil Ağacanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Klub 100 manat cərimələnib.

"Zaqatala" ilə səfər matçında 4 futbolçusu sarı vərəqə aldığı üçün "Difai" 70 manat cərimə ödəyəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью