İntizam Komitəsi I Liqa klublarını həm cəzalandırdı, həm də cərimələdi | Icma.az
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sport24.az xəbər verir ki, iclasda I Liqanın VII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub: 6 noyabr 2024-cü il tarixində I Liqanın VII turunun "Qaradağ Lökbatan" – "Difai" oyununda "Difai" komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə "Difai" komandası 70 manat cərimə edilib.
7 noyabr 2024-cü il tarixində I Liqanın VII turunun "Qəbələ" – MOİK oyununun 87-ci dəqiqəsində MOİK komandasının 6 nömrəli futbolçusu Rüstəm Hümbətov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, MOİK komandası 150 manat cərimə edilib.
8 noyabr 2024-cü il tarixində I Liqanın VII turunun "Mingəçevir" – "Baku Sportinq" oyununda "Mingəçevir" komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə "Mingəçevir" komandası 70 manat cərimə edilib.
8 noyabr 2024-cü il tarixində I Liqanın VII turunun "Mingəçevir" – "Baku Sportinq" oyununda "Mingəçevir" komandasının məşqçisi Namiq İbrahimli matçın 72-ci dəqiqəsində ikinci sarı vərəqədan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyun cəzalanır, "Mingəçevir" komandası 400 manat cərimə edilib.
8 noyabr 2024-cü il tarixində I Liqanın VII turunun "Mingəçevir" – "Baku Sportinq" oyununda "Baku Sportinq" komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə "Baku Sportinq" komandası 70 manat cərimə edilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu