İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib

05.12.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.

"Report"un məlumatına görə, bu barədə qurumun iclasında qərar qəbul edilib.

U-12 Liqasında "Kürdəmir " – "Çərəkə" (Göyçay) oyunu meydan sahiblərinin heyətində yetərsay olmadığına görə baş tutmayıb. Bu səbəbdən "Kürdəmir"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-10 Liqasında "Karvan" (Yevlax) və "Antiguoko İnternational" komandalarının oyununda isə Yevlax təmsilçisi təyin edilən vaxtda meydanda çıxmadığına görə 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью