İntizam Komitəsinin iclası keçirilib

01.10.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul olunub:

28.09.2026-cı il tarixində II Liqada V turun “Zəngəzur”– “Kür-Araz” oyunundan əvvəl “Zəngəzur” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Zəngəzur” komandası 150 manat cərimə edilsin (maddə 84.1);

28.09.2026-cı il tarixində II Liqada V turun “Şəki”– “Hypers” oyununda “Şəki” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəki” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
28.09.2026-cı il tarixində II Liqada V turun “Şəmkir”– “Şirvan” oyununda “Şəmkir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
28.09.2026-cı il tarixində II Liqada V turun “Şəmkir”– “Şirvan” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Şəmkir” komandası 200 manat cərimə edilsin (maddə 57.2);
28.09.2026-cı il tarixində II Liqada V turun “Şəmkir”– “Şirvan” oyununda “Şəmkir” komandasının həkimi olmadığına və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Şəmkir” komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 68);
28.09.2026-cı il tarixində II Liqada V turun “Şəmkir”– “Şirvan” oyununda “Şirvan” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
26.09.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən “İmişli” – “Dinamo (Bakı)” oyununda “Dinamo (Bakı)” komandasının 16 nömrəli futbolçusu Azər Şahmarov qarşılaşmanın 87-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5).

Lixtenşteynin baş məşqçisi: “Azərbaycan favoritdir” Lixtenşteynli futbolçu: “Qələbə üçün əlimizdən gələni edəcəyik” I Liqada üç turun oyun cədvəli bəlli olub “Real”ın yeni hədəfi – Van Daykı pulsuz transfer etmək istəyir "Neftçi" - "Sabah" matçının biletləri satışa çıxarılır
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью