“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz | Icma.az
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ötən həftənin son ticarət günündə dərc olunan statistik rəqəmlərə görə, ABŞ-da Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin sayı (NFP) noyabrda 227 min nəfər artaraq bazar proqnozlarını üstələyib.
İqtisadçılar isə, artımın 202 min olacağını ehtimal edirdilər. Məlumatlara görə, noyabr ayında işsizlik səviyyəsi 4.2% olaraq açıqlandı.
Bu göstərici üçün isə proqnoz 4.1% idi. İnflyasiya görünüşü baxımından izlənilən saatlıq qazanc tərəfində orta səviyyədə də olsa, ehtimallar
Orta saatlıq qazanc noyabr ayında bir əvvəlki ayla müqayisədə 0.4% artdı. Proqnoz isə artımın 0.3% olacağı yönündə idi.
Orta saatlıq qazancların illik artımı 3.9% ehtimal olunsa da, 4% təşkil edib.
Əmək bazarına dair açıqlanan rəqəmlərə əsasən, ümumi mənzərə kifayət qədər yaxşı görünsə də, dollar major valyutalar qarşısında mövqelərini qoruya bilmədi.
Bu həftə isə iqtisadi təqvimdə yer alan ən önəmli xəbərlər, Avropa, İsveçrə və Avstraliya Mərkəzi banklarının faiz qərarlarıdır.
Tam oxu
Xəbəri oxu