Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ötən ilin son 4 ayı artım tendensiyası sərgiyələn ABŞ dolları cari ilin ilk həftəsində də bahalaşmaqda davam etdi.
Belə ki, EURUSD, GBPUSD valyuta cütlükləri 1.0225 və 1.2350 səviyyələrinə qədər ucuzlaşdı, USDJPY, USDCHF məzənnələri isə bahalaşaraq müvafiq olaraq 157.820 və 0.9140 hədlərini test etdi.
Qızılın qiyməti isə 2636$ həddinə kimi ucuzlaşdı. Cari ticarət həftəsində isə bazar ertəsi Amerikada, Avozonada, Almaniyada və İngiltərədə a
EUR Ötən həftə 1.0225 səviyyəsinə qədər kəskin ucuzlaşan EURUSD məzənnəsi hazırda 1.0315 səviyyəsində ticarət olunur.
Cari həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və İstehlak Qiymətləri İndeksi (CPİ) göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.
“Ayılar” qiyməti 1.05$ həddinin altında qoruyub saxladığı müddətcə, eniş tendensiyası davam edə bilər.
GBP Keçən həftəyə 1.2575 səviyyəsində başlayan GBPUSD məzənnəsi ucuzlaşaraq 1.2350 həddini test etdikdən sonra, buradan dəstək taparaq bir qədər bahalaşdı və həftəni 1.2425 səviyyəsində tamamladı.