“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz | Icma.az
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq. Fevral ayında Beynəlxalq səhnədə ABŞ, Çin, Avropa və digər böyük iqtisadiyyatlarla ticarət əla
Ötən ay Donald Tramp tərəfindən elan olunan yeni tariflər ABŞ-ın xarici ticarət siyasətində kəskin dəyişikliklər yaratdı.
Bu addım, xarici ticarət axınlarına mənfi təsir göstərərək investor dollara olan etibarını zəiflətdi.
Nəticədə, ABŞ dolları fevralın əvvəli Forex bazarlarında major valyutalar qarşısında kəskin ucuzlaşdı.
EURUSD 1.05$, GBPUSD 1.26$ hədlərinin üzərinə yüksəldi. USDJPY və USDCHF cütlükləri isə sərt enişlə yadda qaldı.
Lakin, fevral ayının son həftəninin cümə axşamı və cümə günü Amerikada inflyasiya göstəricilərinin proqnozların üzərində açıqlanmasından sonra FED-in mart toplantısında faiz dərəcələrini sabit saxlayacağına dair ehtimalların güclənməsi fonunda dollar major valyutalar qarşısında kəskin bahalaşdı.
EURUSD və GBPUSD məzənnələri müvafiq olaraq 1.03600 və 1.25600 hədlərinə kimi gerilədi.
Qızıl ötən ay ərzində ard-arda rekord qırmağa davam etdi və 2956$-a kimi yüksəldi.
Tam oxu
Xəbəri oxu