İnvestisiyalar və gözləntilər... | Icma.az
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə iqtisadiyyatına investisiya qoyuluşlarında azalma müşahidə olunur ki, bu da diqqət çəkməyə bilməz.
Belə ki, AR Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ildə əsas kapitala 21,226 milyard manat məbləğində, yaxud 2024-cü illə müqayisədə 5,6 faiz az investisiya yönəldilib.
Neft-qaz sektoruna investisiyaların həcmi 10,3 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,9 faiz azalıb.
İstifadə olunmuş investisiyanın 10,972 milyard manatı və ya 51,7 faizi məhsul istehsalı sahələrinə, 7,2 milyard manatı (33,8 faizi) xidmət sahələrinə, 3 milyard manatı (14,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunubş Əsas kapitala yönəldilmiş investisiyaların 17 milyard manatını və ya 80,2 faizini daxili investisiyalar təşkil edib.
Əsas kapitala yönəldilmiş investisiyaların 16 milyard manatı və ya 75,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilib.
Göründüyü kimi, həm neft-qaz, həm də qeyri-neft sektoruna investisiyalar azalıb.
Digər tərəfdən daxili sərmayələr üstünlük təşkil edir, xarici ölkə investorlarının ölkəyə cəlb edilməsi öz aktuallığını saxlayır.
Tam oxu
Xəbəri oxu