Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Move Real Estate Forum” beynəlxalq daşınmaz əmlak sammitində müzakirə olunacaq əsas mövzular məlum olub.
Fevralın 27 və 28-də Bakıda keçiriləcək tədbirdə 500-ə yaxın iştirakçı: Rusiya, Azərbaycan, Almaniya, Polşa, Özbəkistan, Qazaxıstan, Çin, Hindistan və Türkiyədən iri inkişaf şirkətlərinin sahibləri və rəhbərləri, həmçinin bu sahədə ekspertlər iştirak edəcəklər.
Sammitin proqramı tematik olaraq bölünəcək. Tədbirin ilk günü, fevralın 27-si Azərbaycanda sənayenin inkişafının xüsusiyyətlərinə həsr oluna
Çıxış edənlər regionun şəhərsalma potensialından, investisiya imkanları baxımından ölkə iqtisadiyyatından danışacaq, həmçinin Azərbaycanda i
Sammitin proqramı təşkilatçılar tərəfindən, ilk növbədə, praktiki faydalar baxımından düşünülüb.
İştirakçılar inkişaf sektorunda investisiya və ya əməkdaşlıq üçün yerli bazara yaxından nəzər sala, həmçinin yeni regiona daxil olmaq üçün ilk addımları nəzərdən keçirə biləcəklər.
Sammitin ilk günündə çıxış edənlər arasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhəri üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov, “Azerbaijan Tourism Board”ın icraçı direktoru Florian Senqstşmid, “Azerbaijan Hotel Association”ın icraçı direktoru Günay Sağlam, “Agalarov Development” şirkətinin prezidenti və “Sea Breeze Resort”un təsisçisi Emin Ağalarov olacaq.