İnvestorlar Grok un tərtibatçısına 2 milyard dollar yatırır

13.07.2025

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İş adamı İlon Maska məxsus olan "SpaceX" aerokosmik şirkəti süni intellekt əsaslı "Grok" çat-botunu hazırlayan "xAI" startapına 2 milyard dollar investisiya edəcək.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti şirkətə yaxın olan investorlara istinadən bildirib.

Qəzet qeyd edir ki, "SpaceX"in yatırımı iyunda elan edilmiş 5 milyard dollar məbləğində səhmdar kapitalının cəlb edilməsinin bir hissəsidir.

İnvestorlardan birinin sözlərinə görə, "xAI" səhmdar maliyyələşdirməsi ilə yanaşı 5 milyard dollar borc cəlb edib və gözlənilir ki, cari ilin sonunda startap daha çox pul vəsaiti cəlb edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью