İnvestorlar qrupu OnlyFans ı 8 milyard dollara ala bilər Reuters

23.05.2025

Icma.az bildirir, Bizimyol portalına istinadən.

"OnlyFans" xidmətinin sahibi olan "Fenix International" Ltd şirkəti, platformanı təxminən 8 milyard dollar dəyərində investorlar qrupuna satmaq üçün danışıqlar aparır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, danışıqlara Los-Ancelesdə yerləşən "The Forest Road Company" adlı investisiya şirkətinin rəhbərlik etdiyi bir qrup başçılıq edir. "Fenix International" Ltd həmçinin digər potensial alıcılarla da danışıqlar aparır. Sazişin gələn bir və ya iki həftə ərzində başa çatması mümkündür.

Şirkətin 2023-cü maliyyə ili üzrə gəliri 6,6 milyard dollar təşkil edib. Bu rəqəm 2020-ci ildəki 375 milyon dollarla müqayisədə kəskin artım deməkdir və bu da investorların marağına səbəb olub. Hal-hazırda şirkətin yeganə səhmdarı, ABŞ-da yaşayan Ukrayna əsilli Leonid Radvinskiydir. O, "OnlyFans"ı 2018-ci ildə alıb və son üç il ərzində azı 1 milyard dollar dividend götürüb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью