İnyesta baş məşqçinin qərarına təəccübləndi

18.07.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnyesta baş məşqçinin qərarına təəccübləndi

"Barselona"nın sabiq futbolçusu Andres İnyesta İspaniya millisinin baş məşqçisi Luis de la Fuentenin Pedri ilə bağlı qərarına təəccüblənib.

QOL.az xəbər verir ki, o, bu barədə "Cadena SER" radiosuna açıqlamasında danışıb:

"Pedrini və onun necə futbolçu olduğunu bildiyim üçün bu qərar məni təəccübləndirdi. Amma qısamüddətli turnirlərdə baş məşqçinin həmin ana olan hissləri, rəqib və komandanın ümumi vəziyyəti həlledici rol oynayır".

Əfsanəvi yarımmüdafiəçi Pedrinin millidə "Barselona"dakı kimi çıxış etmədiyi fikri ilə də razılaşmayıb:

"Aydındır ki, o, eyni oyunu göstərmir, çünki bunlar fərqli komandalardır. Mən də futbolçu olanda belə söhbətlərlə qarşılaşmışam. Bu, normaldır. Pedri istənilən komandada və istənilən mövqedə oynaya bilər. Əsas odur ki, baş məşqçinin seçim edə biləcəyi çox güclü futbolçular var".

Qeyd edək ki, DÇ-2026-nın Argentina - İspaniya finalı iyulun 19-da Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью