İnyesta Danimarka klubunu aldı

14.11.2024

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Barselona"nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta Danimarkanın üçüncü divizionda çıxış edən "Helsinger" klubunu alıb. 

Fanat.Az xəbər verir ki, Danimarkanın TV 2 telekanalına danışan İniesta sözügedən klubun əksər səhmdarına çevrildiyini bildirib:

"Mənim "Never Say Never" (NSN) şirkətim İsveçrənin "Stoneweg" şirkəti ilə əməkdaşlıq edərək "Helsinger"in səhmlərin əksəriyyətini alıb".

Yerli KİV İnyestanın komandanın cümə günü keçiriləcək oyununda iştirak edəcəyini xəbər verib.

Qeyd edək ki, 40 yaşlı dünya və Avropa çempionu oktyabrda karyerasını başa vurub.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью