İnyesta futbol klubu aldı

14.11.2024

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Barselona”nın və İspaniya millisinin keçmiş yarımmüdafiəçisi Andres İnyesta Danimarkanın ikinci divizionunda çıxış edən “Helsinger” futbol komandasının sahibi olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İnyesta Danimarkanın TV2 telekanalına danışıb.
“Biz komandanın ildən-ilə təkmilləşməsini, gənclər akademiyasından oyunçuların gəlməsini, komandanı təchizat baxımından təkmilləşdirməsini və insanların öz komandaları ilə fəxr etmələrini istəyirik”, - futbolçu deyib.
“Peşəkar karyeramı bitirdikdən sonra həyatımda yeni mərhələyə başlamaq, təcrübəmi “Helsinger” kimi kluba çatdırmaq mənim üçün çox vacibdir – NSN (“Never say never” – futbolçunun şirkəti) və “Stoneweg” arasında ilk layihə. Bu, futbolu fərqli perspektivdən yaşamaq üçün əla fürsətdir”, - Andres bildirib.
“Sport.es”in məlumatına görə, NSN keçmiş “Barselona” oyunçusu ilə Danimarkaya da səfər edən Jaume Sabaterin başçılıq etdiyi İspaniya-İsveçrə şirkəti “Stoneweg” ilə birlikdə klubun səhmlərinin əksəriyyətini alıb.
Xatırladaq ki, 40 yaşlı İnyesta 2001-2018-ci illərdə çıxış etdiyi “Barselona”nın məzunudur. O, həmçinin Yaponiyanın “Vissel Kobe”, BƏƏ-nin “Emirates” və İspaniya millisinin rənglərini qoruyub. Oktyabr ayında o, futbolçu karyerasını bitirdiyini elan edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью