Icma.az, futbolpress-az saytına istinadən bildirir.
İspaniya yığmasının və “Barselona”nın sabiq yarımmüdafiəçisi Andres İnyestanın yeni klubu məlum olub.
Futbolpress.az xəbər verir ki, 42 yaşlı keçmiş futbolçu BƏƏ-nin Birinci Divizionunda mübarizə aparan “Qalf Yunayted” komandasının baş məşqçisi vəzifəsinə gətirilib.
İnyesta sosial şəbəkə hesabındakı paylaşımında bu addımı belə dəyərləndirib:
“Bu gün mənim üçün yeni və çox ruhlandırıcı mərhələ başlayır. BƏƏ-nin Birinci Divizionunda “Qalf Yunayted”in baş məşqçisi kimi debüt edirəm. Bu mühüm vəzifəni əla məşqçilər heyəti və gənc, iddialı və çox motivasiyalı komandanın müşayiəti ilə qəbul edirəm”.
Bu təyinat İnyestanın məşqçilik karyerasındakı ilk təcrübəsidir.