İnzagi İnter dən ayrıldı Səudiyyə Ərəbistanına üz tutur

03.06.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"İnter" baş məşqçi Simone İnzagi ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, italyan mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

49 yaşlı məşqçinin Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ı çalışdıracağı gözlənilir.

Qeyd edək ki, Simone İnzagi 2021-ci ilin yayında "İnter"in baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında 1 dəfə İtaliya çempionu olub, 2 dəfə isə Çempionlar Liqasının finalında iştirak edib.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью