İnzagi İnter in müdafiəçisini yanına aparır

05.06.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İnter"in müdafiəçisi Françesko Açerbi Səudiyyə Ərəbistanına yollana bilər.

Sportal.az xəbər verir ki, "Əl-Hilal" italiyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"İnter"dən ayrılıb, "Əl-Hilal"a keçən baş məşqçi Simone İnzagi sabiq futbolçusunu yenidən sərəncamında görmək istəyir. Ərəblər 27 yaşlı mərkəz müdafiəçisi üçün İtaliya klubuna təklif göndərəcək.

Qeyd edək ki, "İnter" Françesko Açerbini 2022-ci ilin yayında "Latsio"dan transfer edib. İtaliya millisinin üzvü başa çatan mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 1 qol və 2 məhssuldar ötürmə ilə yadda qalıb. Onun klubla 1 illik müqaviləsi var.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью