İnzagiyə fantastik TƏKLİF: iki ilə 100 milyon avro

27.05.2025

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"İnter"in baş məşqçisi Simone İnzagiyə geri çevirilməz təklif edilib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hilal" italiyalını komandanın sükanı arxasına keçirmək istəyir.

Bunun üçün klub rəhbərliyi təcrübəli mütəxəssisə 2 illik müqavilə və 100 milyon avro maaş təklif edib.

49 yaşlı İnzagi isə keçiriləcək Çempionlar Liqası finalında "PSJ" ilə matçdan sonra yekun qərarını verəcək.

Qeyd edək ki, Simone 2021-ci ilin iyulundan Milan klubunu çalışdırır.

Hüseyn
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью