İnzaqi: “Bunlara qulaq asmadıq və işimizi gördük”

17.12.2024

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İnter”in baş məşqçisi Simone İnzaqi A Seriyasının XVI turunda “Latsio”nu məğlub etdikləri oyundan (6:0) sonra fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Yaxşı formada olan komandanı məğlub etməyimiz məni qane edir. İlk 20 dəqiqədə çətin olsa da, sonra vəziyyət düzəldi. Oyunçularımla fəxr edirəm. 6:0 gözəl hesab və çılğınlıqdır. Derbidəki məğlubiyyətdən sonra toparlana bilməyəcəyimizi düşünənlər var idi. Bunlara qulaq asmadıq və işimizi gördük”.

“İnter” A Seriyasında 34 xalla 3-cü sıradadır və lider “Atalanta”dan 3 xal geri qalır.

Böyük beşlik, Əsas xəbərlər “Oyunun ədalətli nəticəsi bizim qalib gəlməyimiz olardı”

11 Noyabr 2024, 17:05

Böyük beşlik, Əsas xəbərlər İnzaqi özünə iş tapdı

4 İyul 2024, 10:37

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью