İnzaqi Əl Hilal dan gedir

19.05.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

İnzaqi "Əl-Hilal"dan gedir

Simone Inzaqi mövsümün sonunda "Əl-Hilal"dan ayrılacaq.

QOL.az-ın “Tuttomercatoweb”ə istinadən yaydığı məlumata görə, italiyalı mütəxəssis Səudiyyə Ərəbistanı çempionatının 2025/2026 mövsümündə son matçından sonra komandanı tərk edəcək.

Mənbənin yazdığına görə, 50 yaşlı baş məşqçinin gedişinə səbəb yay transfer pəncərəsində edilən bahalı transferlərin gözləntiləri doğrultmaması, həmçinin klubda sahib dəyişikliyinin baş verməsidir.

İndzaqi 2025-ci ilin iyunundan “Əl-Hilal”ı çalışdırır. O, komanda ilə keçirdiyi 51 oyunda 37 qələbə qazanıb, 12 heç-heçə edib və cəmi 2 dəfə məğlub olub.

Hazırda “Əl-Hilal” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 81 xalla ikinci pillədə qərarlaşıb. Lider “Əl-Nəsr”in aktivində isə 83 xal var. Hər iki komanda mövsümdə son oyununa çıxacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью