İnzaqi İnter i ərəb klubuna dəyişir

03.06.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"İnter"in baş məşqçisi Simeno İnzaqi komandadan ayrılmaq üzrədir.

QOL.az tanınmış insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, italiyalı mütəxəssis karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

O, uzun müddətdir təklif aldığı "Əl-Hilal"la razılaşıb. İnzaqinin yeni klubu ilə 3 illik müqavilə imzalayacağı bildirilib. Simone İnzaqi 2021-ci ilin yayından "İnter"in baş məşqçisidir. O, Milan təmsilçisində 1 dəfə A seriyasnın, 2 dəfə İtaliya kubokunun, 3 dəfə isə İtaliya Superkubokunun qalibi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью