Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“İnter”də baş məşqçi Simone İnzaqi ilə yollar ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
İnzaqini Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal”a baş məşqçi təyin olunacağı gözlənilir.
“İnter” mütəxəssisin rəhbərliyi altında başa çatan mövsümdə İtaliya A Seriyasında və Çempionlar Liqasında gümüş medalları qazanıb.