İnzaqidən ayrılıq qərarı

10.11.2026

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Simone İnzaqi "Əl-Hilal"dan ayrılmaq qərarı verib.

Sportal.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

İtaliyalı mütəxəssis Səudiyyə Ərəbistanı klubu ilə 2027-ci ilin yayına qədər qüvvədə olan müqaviləsini uzatmağı planlaşdırmır. 50 yaşlı məşqçi mövsümə 26 milyon avro qazanmasına baxmayaraq, belə bir qərar verib.

İnzaqi 2025-ci ilin yayından bəri "Əl-Hilal"a rəhbərlik edir. Komanda ötən mövsüm liqada ikinci yeri tutub. "Əl-Hilal" cari mövsümdə isə 11 turdan sonra 30 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. Komanda "Əl-Qadisiyyə" və "Əl-Nəsr"i 2 xal qabaqlayır.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью