İnzaqinin yeni klubu bilindi SON DURUM

31.05.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliya A Seriyasına yüksəldikdən sonra klubu tərk etmək qərarına gələn "Piza"nın baş məşqçisi Filippo İnzaqi B Seriyasında qalıb çalışmağa qərar verib.

Fanat.Az-ın məlumatına görə, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.

Mənbənin məlumatına görə, mütəxəssis B Seriyasını səkkizinci pillədə başa vuran "Palermo"ya rəhbərlik edəcək. Müqavilə üç il müddətinə olacaq.

“Piza”nın artıq yeni məşqçi axtarışına çıxdığı, Alberto Cilardino və Andrea Pirlonun, həmçinin “Verona”nın baş məşqçisi Paolo Zanettinin namizəd olduğu bildirilir.

Filippo İnzaqi məşqçilik karyerasında "Piza" ilə yanaşı, "Venesiya", "Bolonya", "Benevento", Breşiya", "Reccina" və "Salernitana"da da çalışıb.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью