İnzibati binada baş verən yanğında 5 nəfər ölüb

13.03.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində inzibati binada baş verən yanğın nəticəsində 5 nəfər ölüb.

Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yanğınsöndürənlər 3-ü yaralı olmaqla 10 nəfəri xilas ediblər.

“Təəssüf ki, 5 nəfər həlak olub. Ərazidə 40 işçi, 11 texnika çalışıb və yanğın söndürülüb”.

Yanğının hansı səbəbdən baş verməsi məqsədilə araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью