İnzibati binanın həyətindən boru oğurlamaq istəyənlər saxlanıldı

02.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Binəqədi rayonu ərazisində oğurluğa cəhd göstərən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

"Unikal" xəbər verir ki, Binəqədi rayonu ərazisində yerləşən inzibati binaların birinin həyətindən 650 manat dəyərində borunu “Mercedes” markalı avtomobilə yükləyərək oğurlamağa cəhd göstərən 39 yaşlı K.Musayev, 47 yaşlı  V.Namazov və 20 yaşlı C.Əlizadə Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью