Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Təbii ki, uduzmaq istəməzdik. Amma nəzərə almaq lazımdır ki, komandamız çox gəncdir. Ortalama yaşımız 18-dir. Bu gün Angelina İsmayılova meydanda ən yaxşılardan idi. Mən komandamla çox fəxr edirəm. Çünki komandamın gələcəyi də var”.
İdman xəbər verir ki, bu sözləri qadın basketbolu üzrə Azərbaycan millisinin baş məşqçisi və bütün yaş qrupları üzrə qadın yığmalarının koordinatoru İoannis Diamantakos İsveçrəyə məğlubiyyətdən (33:84) sonra matçı şərh edərkən deyib.
Yunanıstanlı mütəxəssis heyətin gəncliyini və potensialını önə çəkərək, əsas məqsədin təcrübə toplamaq olduğunu vurğulayıb:
“Amma üzərimizdə işləyəcəyik. Qarşıdakı oyunlardan da gözləntim odur ki, daha çox təcrübə qazanaq. Komandamın yaş ortalaması aşağıdır. Əsas hədəfimiz odur ki, bu matçlarda təcrübə qazanaq. Hər şeyə real yanaşmaq lazımdır”.