IOM: 750 min suriyalı evlərinə qayıdıb

08.03.2025

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

BMT Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Suriyada ölkə daxilində məcburi köçkün düşmüş insanlar haqqında hesabat yayımlayıb.

Sfera.az xəbər verir ki, IOM hesabatda bildirib ki, “2024-cü ilin noyabrından bu yana, ölkə daxilində yerindən edilmiş təxminən 750 min insan evlərinə qayıdıb. Lakin 14 illik müharibədən yeni qurtulmuş ölkədə hələ də təxminən 7 milyon insan yerindən edilmiş vəziyyətdədir”. 

Xatırladaq ki, 2024-cü ilin yanvarından etibarən 571 min 388 nəfərin xaricdən Suriyaya döndüyü qeyd olunub. Noyabr 2024-dən sonra ölkəyə geri qayıdan suriyalı qaçqınların sayının 259 min 745 olduğu qeyd edilib.

idan Hacızadə
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью