İordan çayının qərb sahilində gərginlik böyüyür

06.11.2025

Mia.az saytına istinadən Icma.az xəbər verir.

İsrail ordusunun İordan çayının qərb sahilindəki son əməliyyatlar böyük gərginliyə yol açıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hərbçilərin Cenin şəhərinə basqını zamanı ünvansız atəşləri nəticəsində 15 yaşlı  Murad Əbu Sayfayn aldığı güllə yarasından ölüb.

Məlumata görə, 10-a yaxın yaralı var, üstəlik, xeyli evlər dağıdılıb: "Hərbçilər bir çox evlərə xəbərdarlıqsız basqın edərək, evdəki əşyaları yararslz hala salır, sakinləri alçaldırlar".

Tahir Şəlvəli
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью