İordan çayının qərb sahilində gərginlik böyüyür Son bir ayda 600 dək fələstinli həbs olunub

10.02.2025

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində həbsləri davam etdirir.

Mia.az xarici mətbuata istinada xəbər verir ki, bu barədə Mahmud Abasın lideri olduğu Fələstin Azadlıq Təşkilatı (FAT) hesabat yayıb.

Hesabata görə, təkcə yanvar ayında İsrail hərbçiləri İordan çayının qərb sahilində 580 nəfəri həbs edib: "Ən çox həbslər Cenin şəhərində və qaçqın düşərgəsində baş verib. Saxlanılanlardan 17-si qadın, 60-ı uşaqdır. Onlardan 4-ü həbsdə həyatla vidalaşblar"

Tahir Şəlvəli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью