Sherg.az saytına istinadən Icma.az xəbər verir.
İordaniyada milli təhlükəsizlik təhdidləri ilə əlaqədar Telegram messencerinin fəaliyyətinə giriş məhdudlaşdırılıb.
Sherg.az xəbər verir ki, bu barədə ölkənin İctimai Təhlükəsizlik İdarəsi məlumat yayıb.
Qurumun açıqlamasına görə, qərar rəqəmsal təhlükəsizliyin gücləndirilməsi, istifadəçilərin qorunması və platformadan qanunsuz fəaliyyətlər üçün istifadənin qarşısının alınması məqsədi daşıyır.
İordaniya rəsmiləri Telegram-ın ekstremizm, radikalizm və kibercinayətlərin yayılması üçün istifadə oluna biləcəyini bildiriblər.