İordaniya İrandan atılan 3 raketi vurduğunu açıqladı

20.07.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İordaniya Silahlı Qüvvələri ölkənin hava məkanına daxil olan və İran ərazisindən atılan üç raketi hava hücumundan müdafiə (HHM) sistemləri vasitəsilə zərərsizləşdirdiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat İordaniya ordusunun rəsmi açıqlamasında qeyd olunub.
Bildirilib ki, raketlərin vurulması əməliyyatı nəticəsində xəsarət alan olmayıb və heç bir maddi ziyan qeydə alınmayıb.
"Silahlı Qüvvələr Krallığın hava məkanını nəzarətdə saxlamağa və əməliyyat hazırlığını qorumağa davam edir. Ordumuz mövcud döyüş qaydalarına uyğun olaraq vətəndaşların təhlükəsizliyinə, suverenliyinə və bütövlüyünə qəsd edən istənilən təhdidi tərəddüd etmədən aradan qaldıracaq", — deyə bəyanatda vurğulanıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью