İordaniya İranın üç raketini TUTUB

17.07.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığı hava hücumundan müdafiə sistemlərinin krallığa yönəlmiş üç İran raketini ələ keçirdiyini bildirib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, komandanlığın  açıqlamasında deyilir: 

"İordaniya hava hücumundan müdafiə sistemləri İran tərəfindən buraxılan üç ballistik raketi ələ keçirib və məhv edib. Hadisə nəticəsində itki və ya maddi ziyan olmayıb". 

Bildirilir ki, Kral Mühəndisləri komandaları raket qalıqlarının düşdüyü ərazilərdə müəyyən edilmiş texniki və təhlükəsizlik prosedurlarına uyğun olaraq əməliyyatlar aparır: 

"İordaniya Silahlı Qüvvələri istənilən təhdidə qarşı durmaq, hava məkanının qorunmasını və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün yüksək hazırlıq vəziyyətindədir".

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью