Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İordaniyanın İrandakı səfiri Əşrəf Xasavneh ölkəsinin diplomatik nümayəndə heyəti "Astara" sərhəd-keçid məntəqəsindən təxliyəsinə görə Azərbaycana təşəkkür edib.
Axar.az xəbər verir ki, səfir bu barədə Report-a açıqlamasında bildirib.
"Azərbaycanı sevirəm. Bizim təxliyəmiz üçün yaradılan şəraitə görə təşəkkür edirəm. Ümid edirəm ki, Azərbaycana növbəti gəlişim turist kimi olar", - səfir deyib.
Qeyd edək ki, İordaniyanın 4 nəfər diplomatik nümayəndə heyəti "Astara" sərhəd-keçid məntəqəsindən təxliyə olunub. Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.