İordaniya Suriya ilə sərhədi bağlayıb

06.12.2024

Icma.az, Anews portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İordaniyanın daxili işlər naziri Mazen əl-Faraya Suriyanın Dəra şəhərindən 15 km cənubda yerləşən Suriya ilə sərhəddə yerləşən "Nəsib” nəzarət-buraxılış məntəqəsinin bağlanması barədə göstəriş verib.Bu barədə AFP agentliyi məlumat yayıb.

Qərar hökumət əleyhinə qüvvələrin hücumunun davam etdiyi Suriyanın cənubunda təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar qəbul edilib.

Daha əvvəl "Reuters” agentliyi Suriya ordusundakı mənbəyə istinadən xəbər vermişdi ki, İordaniya və Suriya sərhədində yerləşən "Nəsib” keçid məntəqəsi silahlılar tərəfindən atəşə tutulub,onlarla sərnişin və yük maşını ərazidə qalıb.


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью