İordaniyada ABŞ bazasına hücum 2 hərbçi öldü, 1 i itkin düşdü

18.07.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

İranın İordaniyaya endirdiyi raket zərbəsi nəticəsində iki ABŞ hərbçisi həlak olub, biri isə itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyanat yayıb.

Məlumata görə, hücum zamanı daha dörd ABŞ hərbçisi müalicə üçün İordaniyadakı xəstəxanalara təxliyə edilib. Onların vəziyyəti stabilləşdiyi üçün artıq xəstəxanadan buraxıldıqları bildirilib. Yüngül xəsarət alan digər hərbi qulluqçular isə yenidən xidmətə qayıdıblar.

“Ailələrə hörmət əlaməti olaraq, həlak olan hərbçilərin şəxsiyyətləri də daxil olmaqla əlavə məlumatlar onların yaxın qohumları məlumatlandırıldıqdan sonra 24 saat keçənədək açıqlanmayacaq”, - bəyanatada deyilir.

Hadisənin detalları ilə bağlı araşdırma davam edir. ABŞ rəsmiləri hücumun bütün halları araşdırıldıqdan sonra əlavə məlumat veriləcəyini bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью